













PROVET Solutions
2024-cü il sentyabrın 24-də Hilton Bakı otelində Boomerang Agency tərəfindən Provet Solution şirkəti üçün yüksək səviyyəli tədbir təşkil olundu. “Professional Veterinary Solutions” sloqanı altında baş tutan bu tədbirin əsas məqsədi Provet Solution-un dəvət etdiyi qonaqlara öz məhsul və xidmətlərini təqdim etmək, sahə üzrə peşəkarlar arasında bilik və təcrübə mübadiləsini təmin etmək idi. Tədbirdə təxminən 50-60 nəfər iştirak etdi.
PROJECT CONCEPT
Tədbir öncədən hazırlanmış ssenari əsasında həyata keçirildi və aşağıdakı mərhələləri əhatə etdi:
- Açılış hissəsi – rəsmi çıxışlar və təqdimatlar
- Coffee break – iştirakçılar üçün istirahət və ünsiyyət imkanı
- Məhsul təqdimatları və çıxışlar – Provet Solution nümayəndələrinin və ekspertlərin çıxışları
- Şam yeməyi – masa ətrafında rahat mühitdə görüş və fikir mübadiləsi
Boomerang Agency tədbirin texniki və vizual təminatına cavabdeh idi. Səhnə quruluşu, səs sistemi, mikrofon və tərcümə avadanlıqları peşəkar şəkildə quraşdırıldı. Masaların üzərində yerləşdirilən promo materiallar, eləcə də foyedə brendvol, roll-uplar və digər vizual həllər tədbirin korporativ üslubda keçirilməsini təmin etdi.
Bu layihə çərçivəsində Boomerang Agency tədbirin bütün production işlərini uğurla icra edərək, Provet Solution üçün peşəkar və prestijli bir görüş mühiti yaratdı.