






Nar Festivalı 2023
“Boomerang Agency” olaraq, Göyçay şəhərində keçirilən ənənəvi Nar Festivalı üçün kompleks dizayn və təşkilati həllər təqdim etdik. Layihənin əsas məqsədi festivalın vizual və funksional cəhətdən müasir və sistemli şəkildə tərtib edilməsini təmin edərək, həm yerli sakinlər, həm də qonaqlar üçün unudulmaz təcrübə yaratmaq idi.
PROJECT CONCEPT
Bu çərçivədə festivalın loqosu və vizual kimliyi dizayn olundu, brendə uyğun üslub yaradıldı. Festival ərazisi tematik zonalara bölündü, burada satış stendləri, yemək və istirahət guşələri, sərgi sahələri kimi məkanlar nəzərdə tutuldu. Hər bir zona funksional və rahat şəkildə planlanaraq qonaqların hərəkət trayektoriyası optimallaşdırıldı.
Brendinq işləri festivalın ümumi estetik görünüşünü formalaşdırdı. Plakatlar, informasiya lövhələri, reklam materialları və dekorativ elementlər vahid konsepsiya əsasında dizayn edilib əraziyə yerləşdirildi. Bundan əlavə, konsert proqramlarının təşkilatçılığı və təhlükəsizlik tədbirlərinin planlanması da bizim üzərimizdə idi. Bu, festival iştirakçılarının rahatlığını və tədbirin yüksək səviyyədə keçməsini təmin etdi.
Bu layihə çərçivəsində “Boomerang Agency” öz kreativ və təşkilati bacarıqlarını nümayiş etdirərək, Nar Festivalının müasir, sistemli və vizual baxımdan cəlbedici formada həyata keçirilməsini uğurla təmin etdi.