








Pepsi Summer BTL
Pepsi brendi üçün promosyon kampaniyası və BTL fəaliyyətlərini inkişaf etdirmək.
PROJECT CONCEPT
Boomerang Agency komandası verilmiş tapşırıq əsasında Pepsi brendi üçün BTL fəaliyyətləri və reklam konsepsiyasını hazırlayıb. Seçilmiş məkanları – Gənclik Mall, 28 Mall və yay mövsümünə uyğun olaraq Sea Breeze Beach-i nəzərə alaraq, xüsusi bir plan tərtib etdik.
Biz dörd məkanı simvolik bir xəritədə göstərməyi planlaşdırmışıq ki, istifadəçilər buradan müsabiqə qaydaları ilə tanış ola bilsinlər. Bu məlumatlar sosial şəbəkələrdə yayımlanacaq və məkanlar haqqında məlumat, eləcə də brendlə bağlı detallar əldə etmək üçün QR kodlar yaradılacaq.
İstehlakçıların aktiv iştirakını stimullaşdırmaq məqsədilə bir sistem hazırlamışıq: iştirakçılar bütün məkanları ziyarət etməli və müsabiqələrdə iştirak etməlidirlər. Hər bir məkan üzrə bir müsabiqəni tamamlayan iştirakçı xüsusi QR kodlu bilərzik əldə edəcək. Hər bir məkan üçün yalnız bir bilərzik almaq mümkündür. Lazımi sayda bilərzik toplamaq üçün iştirakçılar Pepsi kampaniyasına aid bütün məkanları ziyarət etməlidirlər.
Tələb olunan sayda mükafat bilərziklərini toplayan istehlakçılar isə Pepsi-nin tərəfdaş çimərliklərinə giriş imkanı qazanacaqlar.