






Biznes mərkəzləri
“Boomerang Agency” tərəfindən həyata keçirilən bu layihə, biznes plazalarda müasir və effektiv reklam platforması yaratmaq məqsədi daşıyır. 9:16 formatında ayaqüstü LED monitorlarımız Chinar Plaza, Winter Park Plaza, Azure Business Center, Bayil Plaza, Dalga Plaza və Begoc Business Center kimi prestijli biznes mərkəzlərində yerləşdirilib.
KONSEPT
Layihənin əsas məqsədi premium auditoriyaya – biznes sahiblərinə, rəhbər şəxslərə, investorlara və şirkət əməkdaşlarına birbaşa və təsirli reklam mesajlarını çatdırmaqdır. Monitorlar strateji keçid nöqtələrində – giriş zonalarında, lift və gözləmə sahələrində, insanların ən çox vaxt keçirdiyi yerlərdə quraşdırılıb. Bu, reklamların yüksək görünürlüğünü təmin edir və mesajların effektiv çatdırılmasına imkan yaradır.
Rəqəmsal reklam formatı dinamik məzmun təqdim etməyə imkan verir, bu da kampaniyaların operativ şəkildə yenilənməsini və müxtəlif brendlərin fərqli hədəf auditoriyalarına uyğunlaşmasını təmin edir. Layihə çərçivəsində müştərilərə çevik reklam paketləri, fərdi kontent həlləri və real vaxtda nəticələrin izlənməsi kimi imkanlar təklif olunur.
Bu konsepsiya sayəsində biznes plazalar yalnız iş mühiti kimi deyil, həm də brendlərin güclü görünürlüğünü təmin edən innovativ reklam məkanları kimi formalaşır. “Boomerang Agency” bu layihə ilə müştərilərinə hədəfə yönəlmiş, texnoloji və strateji cəhətdən effektiv reklam həlləri təqdim edərək, biznes mühitində yeni reklam standartı müəyyənləşdirir.