








Grow academy | Brand Identity
Grow Academy olaraq, məqsədimiz İqtisadiyyat, Mühasibatlıq, Audit və digər sahələr üzrə keyfiyyətli təhsil təqdim edərək, tələbə və peşəkarların şəxsi və karyera inkişafına töhfə verməkdir. Biz bilikli və bacarıqlı mütəxəssislər yetişdirməklə, onların maliyyə və biznes dünyasında müsbət təsir yaratmasına şərait yaradırıq.
Vizyonumuz təhsil sahəsində mükəmməlliyə nail olmaq və qabaqcıl akademiyalardan birinə çevrilməkdir. İnnovasiyanı təşviq etmək, tələbələrin və peşəkarların karyeralarını formalaşdırmaq və sahədə tanınan bir qurum kimi mövqeyimizi gücləndirmək əsas hədəflərimizdəndir.
Hədəf auditoriyamız iqtisadiyyat, mühasibatlıq və audit sahəsində təhsil almaq istəyən tələbələr, həmçinin karyera inkişafını hədəfləyən peşəkarlardır. Tədris proqramlarımız fərqli yaş qrupları və peşəkar təcrübə səviyyələri üçün uyğunlaşdırılıb.
PROJECT CONCEPT
Brend kimliyi və dizaynımız müasir və dinamik üsluba malikdir. Canlı və enerjili rəng palitrası akademiyamızın yenilikçi ruhunu əks etdirir. Loqo dizaynımız akademiyanın irəliyə baxan və gələcəyə yönəlmiş yanaşmasını vurğulayır. Vizual üslubumuz təhsil, uğur və peşəkarlığı ön plana çıxarır, beləliklə, Grow Academy-ni sektorda tanınan və etibarlı bir təhsil müəssisəsi kimi təqdim edir.